5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elnur Bağırov: “Yaşıl məhsul”a tələbat artıb”

"Son dövrlərdə “yaşıl istehlak” anlayışı həm biznes, həm də istehlakçıların gündəmində getdikcə daha çox yer tutmağa başlayıb".

Bunu "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov deyib. Onun sözlərinə görə, istehlakçılarda ekoloji cəhətdən təmiz istehsal prosesindən keçən, təkrar emal edilə bilən və planetimizin resurslarının qorunması yolu ilə istehsal olunan məhsul və xidmətlərə, başqa sözlə, yaşıl məhsula tələbat artıb.

E.Bağırov əlavə edib ki, “yaşıl məhsul”u təqdim edərkən bizneslərin ən böyük vəzifəsi müştərilərinə məhsulun əsl “yaşıl məhsul” olduğunu bəyan etmək və beynəlxalq səviyyədə istifadə olunan təkrar emal işarələrindən düzgün istifadə etməkdir: “Yaşıl istehlak” üzrə istehlakçı davranışları yalnız “yaşıl məhsul”ların seçilməsində və ya satın alınmasında deyil, həm də əldə edilən “yaşıl məhsul”un istifadəsi, təmir vəziyyəti, tullantı kimi qiymətləndirilməsi və ya yenisi ilə əvəz edilməsi ilə bağlıdır”.

Bu isə müəyyən mənada “yaşıl marketinq” yanaşmasının tətbiqini aktuallaşdırır: ”Yaşıl marketinq” təkcə istehlak mallarına və sənaye məhsullarına deyil, həm də xidmətlərə tətbiq oluna bilən geniş anlayışdır. Bunun üçün şirkətlər istehlakçı davranışlarını çox yaxşı təhlil etməli və onlara düzgün məhsul və ya xidməti təklif etməlidirlər”.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?