9 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Mingəçevir Tekstil” Türkiyə və Rusiyaya məhsul ixracının həcmini artıracaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC Türkiyə və Rusiyaya məhsul ixracının həcmini artıracaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Əli Əsədov deyib.

Onun sözlərinə görə, MMC hazırda iki müəssisəsinin - iplik istehsalı ilə məşğul olan “Ring Spining” və “OpenEnd” fabriklərinin istehsal gücünün artırılması üçün işlər görür. Bu iki fabrikin ümumi aylıq istehsal gücünün 200 ton artırılaraq mövcud 1200 tondan 1400 tona (hər fabrik üçün təxminən 700 ton) çatdırılması nəzərdə tutulur. Artıq “Ring Spining” fabrikində istehsalın genişləndirilməsi üçün xaricdən gətirilmiş yeni avadanlıqlar quraşdırılıb. “OpenEnd” fabriki üçün yeni avadanlıqlar isə apreldə gətiriləcək.

MMC istehsalı artırmaqla 8-12 yeni daimi iş yeri yaradacaq. İndiyədək istehsalın genişləndirilməsinə 7 milyon manata yaxın sərmayə qoyulub.

Ə.Əsədov əlavə edib ki, “Mingəçevir Tekstil” MMC-nin fabriklərində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında istehsal edilən ipliklər Türkiyə, Rusiya və Ukraynaya ixrac edilir. MMC aylıq istehsal gücünün artırılması sayəsində istehsal ediləcək bütün məhsulları ixraca yönəldəcək.

İlhamə İSABALAYEVA

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?