7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17 faiz artıb”

Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir. Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17 faiz artıb. Digər sahələrdə olduğu kimi, turizm və qarşılıqlı investisiyalar sahəsində də artım qeydə alınıb. Ölkələrimiz arasında artan iqtisadi-ticarət dövriyyəsi ilə bərabər, aviareys, turist sayında da artım müşahidə olunur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ilə birgə keçirdiyi konfransdan sonra jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, qarşıda duran vəzifələr müəyyən edilərək sahibkarların daha sıx əlaqələr qurması üçün konstruktiv dialoq aparılıb.

“Biz inanırıq ki, həmkarımın səfəri gələcək iqtisadi əlaqələri daha da genişləndirəcək və çox faydalı töhfə olacaq”, - deyə M.Cabbarov əlavə edib.

AZƏRTAC

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?