8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Edi Rama: “Azərbaycan qazı birgə gələcəyimiz üçün mühüm rol oynayır”

Bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi.

Bu sözləri Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

“Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır”, - deyə Edi Rama qeyd edib.

AZƏRTAC

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?