13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay müxtəlif sahələr üzrə 109 biznes-plan hazırlanıb

2024-cü ilin yanvar ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 58 təlim keçirilib. Bu təlimlərdə 593 nəfər iştirak edib.

KOBİA-dan verilən məlumata görə, ötən ay biznesin müxtəlif istiqamətləri üzrə sahibkarlara və biznesə başlamaq istəyənlərə 154 məsləhət xidməti göstərilib.

Agentliyin KOB inkişafı mərkəzlərinin dəstəyi ilə sahibkarlar, startaplar və yeni biznesə başlamaq istəyənlər üçün kənd təsərrüfatı, qida, turizm və digər sahələr üzrə 109 biznes plan hazırlanıb.

2023-cü ildə isə KOBİA tərəfindən 952 biznes təlim təşkil olunub. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib. Bu dövrdə satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1918 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Ümumilikdə 2023-cü il ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 13818 KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Ötən il KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 697 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. Agentliyin videotəlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 2023-cü ildə 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?