2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək haqlarının artımının pensiya məbləğinə təsiri...

Əmək haqlarının artımının pensiya məbləğinə təsiri...

Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət sektorunda əmək haqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və başqaları daxildir. Bu kateqoriyadan olan vətəndaşların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar, qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Pensiyalara edilən artımlar əmək haqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əmək haqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə bu il ərzində həyata keçirilən ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?