Əmək haqlarının artımının pensiya məbləğinə təsiri...

2019.07.04 17:27 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və başqaları daxildir. Bu kateqoriyadan olan vətəndaşların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar, qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Pensiyalara edilən artımlar əmək haqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əmək haqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə bu il ərzində həyata keçirilən ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.