17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məşğulluq imkanlarına dair məlumatlandırılması məqsədilə tədbir təşkil edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?