25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİF-in iqlim məsələlərinə yanaşması təqdim edilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

Fonddan verilən məlumata görə, AİB-in “Dövlət sektorunda idarəçiliyin və səmərəliliyin təkmilləşdirilməsi üzrə texniki dəstək” proqramı çərçivəsində keçirilən görüşdə SİF-in mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesində iqlim məsələlərinə yanaşması təqdim edilib. Fondun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov bildirib ki, SİF Azərbaycanda fəaliyyət göstərən sahibkarların “yaşıl” layihələrini güzəştli şərtlərlə maliyyələşdirərək mikro, kiçik və orta biznes subyeklərinin bu istiqamətdə fəaliyyətini təşviq edir.

Həmçinin, bizneslərin maliyyələşdirilməsində iqlim məsələlərinin nəzərə alınması və təsirin ölçülməsi istiqamətində AİB-in tövsiyələri diqqətə çatdırılıb, əməkdaşlıq imkanları müzakirə edilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?