20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsullarının Belçikaya tədarükü artıb

Bu ilin yanvar ayında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 29,9 faiz və ya 2,28 milyon ABŞ dolları artaraq 9,9 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Belçikaya 6,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 96,9 dəfə və ya 6,46 milyon dollar çoxdur.

Belçikadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 55,4 faiz və ya 4,18 milyon dollar azalaraq 3,37 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,33 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 0,1 faiz bəndi çoxdur.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?