Bu ilin yanvar ayında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 29,9 faiz və ya 2,28 milyon ABŞ dolları artaraq 9,9 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Belçikaya 6,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 96,9 dəfə və ya 6,46 milyon dollar çoxdur.
Belçikadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 55,4 faiz və ya 4,18 milyon dollar azalaraq 3,37 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,33 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 0,1 faiz bəndi çoxdur.