14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR-ın dekarbonizasya istiqamətində hədəfləri açıqlanıb

SOCAR-ın dekarbonizasya istiqamətində hədəfləri açıqlanıb

SOCAR Qarabağ və Şərqi Zəngəzur regionlarının karbon neytrallığı zonasına çevrilməsi prosesində aktiv iştirak edir.

Bu barədə “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumu çərçivəsində keçirilən panel müzakirədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində sahələrin dekarbonizasiya layihəsi planlaşdırılır, eyni zamanda, enerji həllinin işlənilməsi, elektrik avtomobilləri üçün infrastrukturun qurulması və yaşıl yanacaq layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

"Dekarbonizasiya fəaliyyətlərinin həyata keçirilməsi ilə SOCAR Azərbaycanın milli dayanıqlılıq hədəflərinin əsas dəstəkçisi və aparıcı qüvvəsidir. Məlum olduğu kimi, Azərbaycan istixana qazlarının baza ili 1990-ci il ilə müqayisədə 2023-ci ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılması barədə könüllü öhdəlik götürüb. SOCAR-ın dekarbonizasiya proqramının icrası ölkə üzrə karbon izinin azaldılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək",- deyə Ə.İsayev qeyd edib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?