25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib

“Bakı KOB evi”ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, investisiya təşviqi sənədi alan layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni texnologiyanın tətbiqi ilə arpa səmənisi (malt) istehsalı zavodunun tikintisi və yüksək keyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrinə verilib.

İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala təqribən 20,3 milyon manat investisiya yatırılması, 60-dan çox yeni iş yerinin açılması nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir.

Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, indiyədək sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib. Bu mexanizm sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə əlavə imkan yaradır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?