23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kanada ilə ticarət dövriyyəsi 2,3 dəfə artıb

Kanada ilə ticarət dövriyyəsi 2,3 dəfə artıb

2023-cü il ərzində Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 2,3 dəfə və ya 17,3 milyon ABŞ dolları artaraq 30,4 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Kanadaya 1,4 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 2,2 dəfə və ya 765,5 min dollar çoxdur.

Kanadadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,3 dəfə və ya 16,5 milyon dollar artaraq 29 milyon dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 0,06 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,04 faiz bəndi üstələyir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması