Kanada ilə ticarət dövriyyəsi 2,3 dəfə artıb

2024.02.02 17:58 (UTC+04:00)

2023-cü il ərzində Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 2,3 dəfə və ya 17,3 milyon ABŞ dolları artaraq 30,4 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Kanadaya 1,4 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 2,2 dəfə və ya 765,5 min dollar çoxdur.

Kanadadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,3 dəfə və ya 16,5 milyon dollar artaraq 29 milyon dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 0,06 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,04 faiz bəndi üstələyir.