11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə dəvət edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).

Eyni zamanda sahibkarlar müvafiq dövlət qurumlarının iştirakı ilə sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir.

İndiyədək KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlərdə qaldırılan bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapıb, səsləndirilən müxtəlif təkliflər dəstək mexanizmlərinin təkmilləşdirilməsi zamanı nəzərə alınıb.

Qeyd edək ki, təkcə 2023-cü ildə KOBİA-nın təşkilatçılığı ilə 131 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3600-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən kənd təsərrüfatının çayçılıq, üzümçülük, istixana fəaliyyəti, şərabçılıq, heyvandarlıq, quşçuluq sahələrini, turizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac və reklam fəaliyyəti istiqamətlərini əhatə edib.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?