16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 139 yeni dövlət standartı qəbul edilib

2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 139 yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, hesabat dövründə aqrar və qida sahəsi üzrə 67, ekologiya sahəsi üzrə 8, elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələri üzrə 7, kosmetika sahəsi üzrə 4, neft və kimya sənayesi üzrə 12, ağır sənaye və maşınqayırma sahələri üzrə 15, tikinti materialları üzrə 11, qiymətli metallar və qiymətli daşlar üzrə 3, idarəetmə sistemləri sahəsi üzrə 1, təşkilati və metodoloji sahə üzrə 3, tibb sahəsi üzrə 4, mebel sahəsi üzrə 1, yüngül sənaye sahəsi üzrə 2, energetika sahəsi üzrə 1 dövlət standartı qəbul edilib.

Eyni zamanda, 87 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 86 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 170 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?