15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tekstil sahəsinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən "Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 45) yaradılıb.

İnstitutdan verilən məlumata görə, AZSTAND/TK 45 tekstil sənayesi prosesləri, tekstil köməkçi materialları, lələklər və tüklər də daxil olmaqla, tekstil lifləri, tekstil sənayesinin məhsulları, tekstil döşəmə örtükləri, ev tekstili və kətan, ipliklər, tekstil parçalar, iplər, geotekstillər, ağıllı tekstil, tekstil (toxuculuq) sənayesinin digər məhsulları, kompozitlərin möhkəmləndirilməsi üçün materiallar, tekstil maşınları sahələri üzrə dövlət, ilkin, beynəlxalq, regional, dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi ilə təsis edilib.

Texniki komitədə Azərbaycan Standartlaşdırma İnstitutu, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, digər sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edir.

Əsasnaməsi və strukturu təsdiq edilən Texniki Komitəyə sədrlik AZSTAND tərəfindən həyata keçiriləcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?