15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6,4 milyard dolları ötüb

2023-cü il ərzində Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 6,2 faiz və ya 373 milyon ABŞ dolları artaraq 6,4 milyard dolları ötüb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan MDB ölkələrinə 1,65 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 1,2 faiz və ya 17,5 milyon dollar çoxdur.

MDB ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 8 faiz və ya 355,4 milyon dollar artaraq 4,76 milyard dolları üstələyib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 12,54 faiz təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 1,1 faiz bəndi çoxdur.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?