21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi təqdim edilib. Yaşıl və dayanıqlı şəhərlər, rəqəmsallaşma, gəmiqayırma sənayesinin inkişafı, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr barədə məlumat verilib.

Sameh Naquib Vahba Dünya Bankının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. Regional direktor BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edib. Təşkilatın COP29-la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında işbirliyinin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qurumun Azərbaycanda xüsusilə şəhər, su və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr müzakirə edilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?