15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Edvard Mvaba Ndalama: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardandır”

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə dünyada əsas oyunçulardan biridir. Ölkə bu istiqamətdə birgə səylərin həlledici əhəmiyyətini yüksək qiymətləndirir”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Biznesin Davamlılığı və İnnovasiyalar Mərkəzinin Afrika üzrə prezidenti Edvard Mvaba Ndalama deyib.

“İqlim dəyişikliyi nədir? Bu, Yer kürəsi üzrə orta hava şəraiti və temperaturun uzunmüddətli dəyişməsidir. Bu termin həm təbii, həm də insan fəaliyyəti nəticəsində iqlimdə yaranan dəyişiklikləri əhatə edir. COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyinin azaldılması və Azərbaycan üçün davamlı enerji gələcəyinə dair öhdəliklərin qurulması üzrə qlobal səylərə töhfə verəcək. Bakı regional ekoloji layihələrdə iştirak edir və karbon qazı emissiyalarının azaldılmasına və biomüxtəlifliyin qorunmasına yönəlmiş beynəlxalq müqavilələrin iştirakçısıdır”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu konfransı keçirməyə qərar verməklə göstərdi ki, iqlim dəyişikliyi ilə mübarizədə dünya liderləri sırasında olmaq əzmindədir və bunu qlobal səhnəyə çıxarmaq istəyir: “Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirdi və hökumət 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı qarşıya məqsəd qoyub. COP29-un Azərbaycanda keçirilməsi ölkəyə iqlim təşəbbüsünü irəli sürmək və davamlı enerjiyə keçiddə liderlik əldə etmək üçün böyük imkan yaradır və bu sessiyanın uğurlu təcrübəsi davamlı inkişafa can atan digər neft hasil edən ölkələr üçün nümunə ola bilər”.

Tamilla MƏMMƏDOVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?