25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Estoniya ilə ticarət dövriyyəsi 34 faizdən çox artıb

Estoniya ilə ticarət dövriyyəsi 34 faizdən çox artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 34,3 faiz və ya 2,9 milyon ABŞ dolları artaraq 11,4 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayında Azərbaycandan Estoniyaya 5,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 2,8 dəfə və ya 3,65 milyon dollar çoxdur.

Estoniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 11,2 faiz və ya 735,6 min dollar azalaraq 5,8 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Estoniya ilə ticarətin payı 0,02 faiz təşkil edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması