10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni proqramın həyata keçirilməsinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında əmək müqaviləsi bağlayaraq müvafiq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının 50 faizinin İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Bu zaman əməkhaqqından tutulmaları da Fond maliyyələşdirəcək. Həmin tutulmalara əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı daxildir.

Proqramda son bir ildə fəaliyyətdə olan və müraciət tarixinə qədər yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, eləcə də Vakansiya Bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan sahibkarlar iştirak edə bilərlər.

Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə müəssisəsindən azad edilmiş və bir ildən artıq işsiz kimi qeydiyyatda olan vətəndaşlara üstünlük verilir. Əmək haqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq" altsistemində Vakansiya Bankına təqdim edilməlidir. İki ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülən işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi, işin xüsusiyyətindən asılı olaraq, 3, 6, 9 ay və yaxud 1 il müddətində razılaşmaya uyğun həyata keçirilir.

Proqramda iştirak etmək istəyən işəgötürənlər Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?