15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaolunanların vahid reyestri yaradılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilmiş "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı Beynəlxalq Sığorta Forumunda bəyan edib ki, Azərbaycanda sığorta sektorunda son 3 ildə 64 faiz artım qeydə alınıb. Qeyd edib ki, artıq aqrar sığorta və müştərək sığorta məhsullarının tətbiq olunması üçün qanunvericilikdə müvafiq təkmilləşdirmələr aparılıb, yeni sənədlər qəbul edilib. İxrac sığorta məhsulunun bazara gətirilməsi üçün normativ-hüquqi bazanın hazırlanması yekunlaşıb.

Sığorta vasitəçilərinə yanaşmalarda bəzən sosial ədalətin pozulduğunu deyən palata rəhbəri, onların fəaliyyət növündən asılı olaraq, diferensiallaşdırılmasının tətbiqini doğru hesab etdiyini bildirib. Vurğulayıb ki, sığortaolunanların qiymətləndirilməsi üçün vahid reyestrin yaradılması da vacibdir: "Kreditləşmə zamanı müştərilərin ödəmə qabiliyyətinin müəyyən edilməsi üçün Mərkəzləşdirilmiş Kredit Reyestri, eləcə də özəl kredit bürosu vardır. Burada müştəriyə reytinq verilir. Təəssüf ki, sığorta sektorunda hələ belə bir reyestr yoxdur. Amma bu reyestrin formalaşdırılması üçün model seçilib, texniki şərtlər müəyyənləşdirilib. Düşünürük ki, reyestr formalaşdırıldıqdan sonra sığorta sektorunda şəffaflıq təmin ediləcək, sığorta şirkətləri müştərilərini seçən zaman onların tarixçəsinə baxa, sığortalıların nə dərəcədə məsuliyyətli olub-olmadıqlarını müəyyənləşdirə biləcəklər. Bu da sığorta şirkətlərinin risklərinin idarə olunması üçün böyük əhəmiyyət kəsb edir".

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?