15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meyvə-tərəvəz ixracında 12 faizdən çox artım var

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 641,1 milyon ABŞ dolları dəyərində 641,7 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 8 faiz və ya 47,79 milyon dollar, həcmi isə 12,2 faiz və ya 69,6 min ton artıb.

Bu ilin oktyabr ayına nisbətdə isə noyabrda meyvə-tərəvəzin ixrac dəyəri 30,5 faiz artaraq 96,7 milyon dollar, həcmi isə 38,4 faiz artaraq 103,9 min ton təşkil edib.

Cari ilin ilk 11 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 2,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 21,14 faizə bərabər olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?