3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu istifadəyə verilib

Gəncə şəhərində “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb.

QSC-dən verilən məlumata görə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Müəssisədə əsasən dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin istehsalı həyata keçiriləcək.

Ümumi sahəsi 5665 kvadratmetr olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanılıb, inşaat prosesi 12 ay davam edib. Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

Hazırda sənaye partlayıcılarına tələbat idxal hesabına ödənilir, zavodun tam rejimdə fəaliyyətə başlaması ilə tələbat yerli istehsal hesabına təmin ediləcək. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14000 ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı həyata keçiriləcək.

Növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31500 tona çatdırılması planlaşdırılır. Bu məqsədlə ilkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə istehsalatın aktiv dövründə əməkdaşların sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.

Qeyd edək ki, layihəyə 15 milyon manat məbləğində sərmayə qoyulub.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ