15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il Sumqayıtda yeni zavod tikiləcək

Gələn ilin fevral ayında “Neo Project” MMC Sumqayıt Kimya Sənaye Parkında müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisənin inşasına başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Neo Project” MMC-nin baş direktoru Mübariz Qasımov deyib.

Onun sözlərinə görə, hazırda tikinti ilə əlaqədar sənədləşmə işləri aparılır. Bu prosedurun gələn ilin yanvar ayının sonuna kimi tamamlanması, fevralın əvvəlindən isə tikinti işlərinə başlanması nəzərdə tutulur. Tikintinin 21 gün ərzində yekunlaşdırılması, Novruz bayramı ərəfəsində müəssisənin fəaliyyətə başlaması gözlənilir.

Layihənin ümumi investisiya dəyəri 3 milyon 318 min manat olsa da, ilkin mərhələdə 1,5 milyon manat sərmayənin yatırılması nəzərdə tutulur. Zavodun aylıq istehsal gücü 700 ton olacaq. İlkin mərhələdə 3 armatur, 1 şəbəkə istehsalı sahəsi açılacaq. Gələn ilin sonuna kimi isə 4 şəbəkə, 12 armatur sahəsi olmaqla, ümumilikdə istehsal sahələrinin sayının 16-ya çatdırılması planlaşdırılır.

M.Qasımov bildirib ki, istehsal edəcəkləri məhsullar Rusiyadan idxal edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra idxaldan asılılıq azalacaq və bazarda həmin məhsulların qiyməti 20 faiz ucuzlaşacaq.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?