16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni dərman istehsalı zavodu gələn il fəaliyyətə başlayacaq

Azərbaycanda dərman vasitələri və əczaçılıq məhsullarının istehsalı ilə məşğul olacaq "Supreme Pharmatech Manufacturing” Tailand-Azərbaycan birgə şirkəti 2024-cü ilin oktyabr-noyabr aylarında ilk məhsul istehsalına başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov deyib.

M.Hüseynovun sözlərinə görə, 56 nəfərin daimi işlə təmin ediləcəyi bu müəssisə 3 istehsal kompleksindən ibarət olacaq: “Artıq birinci istehsal kompleksinin 1-ci mərtəbəsi inşa edilib, ikinci kompleksin isə bünövrəsi qoyulub. Gələn ilin fevral-mart aylarında birinci, may-iyun aylarında ikinci, sentyabr-oktyabr aylarında isə üçüncü kompleksin inşasının başa çatdırılması nəzərdə tutulur. 2024-cü ilin oktyabr-noyabr aylarında birinci korpusda istehsala başlamaq planlaşdırılır. Burada dərman və qida əlavələri istehsal ediləcək”.

Xatırladaq ki, Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan "Supreme Pharmatech Manufacturing” MMC tərəfindən ilkin mərhələdə 8,3 milyon manat investisiya yatırılacaq. Bu şirkət dünyada qida əlavələri sahəsində mövcud olan ən böyük müəssisələrdən biri olacaq. Müəssisə iki istiqamət üzrə istehsala başlayacaq. Birinci istiqamət yerli bazarın tələbatına uyğun dərman və əczaçılıq məhsullarının istehsalıdır. İkinci istiqamət nanotexnoloji üsullarla bioloji aktiv qida əlavələrinin istehsalıdır ki, onlar da tam olaraq ixrac üçün nəzərdə tutulub. Sifarişlər olacağı təqdirdə, daxili bazar üçün də qida əlavələri istehsal ediləcək. Sonrakı mərhələlərdə nano-kosmetika və heyvanlar üçün yüksək texnoloji dərmanlar istehsal olunacaq.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?