20 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pavel Qonçarov: “Texnologiyanın düzgün istifadəsi iqtisadi artıma töhfə verir”

“Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin mövcudluğu prinsipial mühüm məqamdır”.

Bunu EMEA regionunda “Siemens PLM Software” şirkətinin kompüter dəstəkli dizayn şöbəsinin rəhbəri Pavel Qonçarov “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib.

“Müasir rəqəmsal sənaye meyillərinin populyarlaşdırılması çətin məsələdir. Dördüncü Sənaye İnqilabı mərkəzləri bu vəzifə ilə məşğuldur və onun öhdəsindən uğurla gəlir. Bu mərkəzlər tənzimləyici qurumlar, özəl biznes və dövlət arasında kəsişmə nöqtəsində yerləşir, bütün bu sektorları əhatə edir və eyni zamanda, qabaqcıl iqtisadiyyatların ən son texnologiyalarından istifadə edir”, - P.Qonçarov deyib.

Ekspertin fikrincə, qarşıda duran hədəflərə çatmaq üçün populyarlaşdırma vəzifəsi əsasdır: “Populyarlaşdırmadan sonra daha mürəkkəb hesab olunan adaptasiya mərhələsi başlayır. Dördüncü Sənaye İnqilabı mərkəzləri mentor rolunu oynayır, istiqamətləndirir, bu ideyaların həyata keçirilməsinə kömək edir, adaptasiyaya, bütün sahələrdə rəqəmsallaşmaya nail olur”.

Onun sözlərinə görə, Dördüncü Sənaye İnqilabının süni intellekt kimi aləti rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verə bilər.

“Əhalinin rifahının yaxşılaşmasına nail olmaqda tənzimləyici təşkilatların rolu böyükdür. Bu rol xidmətlərin, məhsulların dəyəri, onların buraxılış vaxtı, rəqabət mühiti və məhsulun keyfiyyəti kimi kateqoriyaları əhatə edir. Bu aspektlərə blokçeyn, süni intellekt, rəqəmsal əkizlər, bulud texnologiyaları və digər müasir İT alətləri daxildir. Onlar xərclərin azaldılmasına, bazara çıxma müddətinin qısalmasına və xidmətlərin, məhsulların və rəqabət üstünlüklərinin artırılmasına kömək edir. Beləliklə, texnologiya düzgün istifadə edildikdə iqtisadi artıma və əhalinin rifahına töhfə verir”, - deyə o, fikrini yekunlaşdırıb.

Tamilla MƏMMƏDOVA

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri