31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir

“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkənin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar davam etdirilir.

QSC-dən verilən məlumata görə, ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq, yerin təkində olan resurslarda 69,7 milyon ton artım əldə edilib. Bununla “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309,16 milyon tona çatdırılıb.

Növbəti mərhələdə Böyük Britaniyanın “Micon International” şirkəti tərəfindən “Cənub-şərq” və “Şimal-qərb” mədənləri üzrə açıq karxana üsulu ilə 21 illik istismar planı hazırlanıb. Geoloji tədqiqatlar çərçivəsində istismar müddətinin 25-30 ilə çatdırılması növbəti hədəf olaraq müəyyən edilib. Belə ki, “Cənub-şərq” və “Şimal-qərb” yataqlarının cinahlarında geniş geoloji kəşfiyyat işləri, “Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında isə ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?