5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə ticarət dövriyyəsinin həcmi 4 milyard dollara yaxınlaşır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 21,1 faiz və ya 687,62 milyon ABŞ dolları artaraq 3,95 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında Azərbaycandan Rusiyaya 1,08 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 26,1 faiz və ya 224,3 milyon dollar çoxdur.

Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 19,3 faiz və ya 463,3 milyon dollar artaraq 2,86 milyard dollar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8,35 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,72 faiz bəndi çoxdur.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?