5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BTC kəməri ilə neft nəqlində artım qeydə alınıb

Bu ilin yanvar-noyabr ayları ərzində magistral neft kəmərləri ilə 36 403,2 min ton neft nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 5,8 faiz üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqletmənin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk 11 ayı ərzində bu kəmər vasitəsilə 27 635,3 min ton neft ötürülüb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 1,9 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,7 faizini və ya 22 854,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 4 780,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?