24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollara çatır

Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollara çatır

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 52,4 faiz və ya 480,3 milyon ABŞ dolları artaraq 1,39 milyard dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Almaniyaya 625 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 56,3 faiz və ya 225,2 milyon dollar çoxdur.

Almaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 49,3 faiz və ya 255 milyon dollar artaraq 772,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 3,21 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,23 faiz bəndi çoxdur.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması