20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə olaraq həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin (https://u.to/PvQsIA) dərcinə başlayır.

AMB-dən verilən məlumata görə, gəlirlilik əyrisi hər iş həftəsinin ilk günündə saat 16:00-dək açıqlanacaq.

Gəlirlilik əyrisi milli valyutada dövlət istiqrazlarının ilkin və təkrar bazarda baş tutan əqdləri üzrə müşahidələr əsasında qiymətləndirilir. Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə istiqrazın gəlirliliyini əks etdirən mühüm maliyyə bazarı göstəricisidir. Bu göstərici bazar iştirakçılarının faiz dərəcələri, pul siyasəti ilə əlaqədar qərarlar, inflyasiya, habelə iqtisadi artımla bağlı gözləntilərini əks etdirir.

Gəlirlilik əyrisi investorlar üçün risklərin, həmçinin gəlir və itkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, gəlirlilik əyrisində olan faizlər investorlar üçün istinad (risksiz faiz dərəcələri) hesab olunur. Bununla yanaşı, iqtisadi göstəricilərin proqnozlaşdırılması, pul siyasətinin transmissiyasının effektivliyinin qiymətləndirilməsi zamanı gəlirlilik əyrisinin forması önəmli məlumat mənbəyidir.

Gəlirlilik əyrisi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir. Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı, əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də Mərkəzi Bankın internet səhifəsində yayımlanacaq.

Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması həyata keçirilir. Gəlirlilik əyrisinin qiymətləndirilməsi zamanı tətbiq olunan model və istifadə olunan müşahidələrə dair beynəlxalq qurumların ekspertlərinin rəyi də nəzərə alınıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?