28 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldova ilə qeyri-neft sektorlarına investisiyaların cəlbi istiqamətində əməkdaşlıq memorandumu imzalanıb

Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iclas iştirakçıları komissiyanın 2022-ci il oktyabrın 10-da keçirilən 4-cü iclasında qəbul olunan qərarların icra vəziyyətini müzakirə edib, bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər.

İclasda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Moldova İnvestisiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Daha sonra Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında kiçik və orta sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının gələn il Bakıda keçirilməsi barədə razılığa gəliblər.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?