24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gücləndirilmiş elektron imzaya keçmisinizmi?

1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Bu yeniliyin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin və məxfiliyinin daha etibarlı qorunmasıdır.

Bu səbəbdən vergi ödəyiciləri elektron kabinetlərindən istifadə etmək, “Əmək müqaviləsi Bildirişi”nin qeydiyyata almaq, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatların təqdim etmək, vergi orqanı tərəfindən göndərilən sənədlərlə tanış olmaq üçün gücləndirilmiş elektron imza vasitələrindən birini “Asan İmza” və ya "E-imza" (SİMA Token) əldə etməlidir.

Vergi ödəyiciləri “Asan İmza” Sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. “SİMA Token” imza sertifikatını isə onlayn müraciət etməklə, yaxud Bakı şəhərində “Şəbəkə” xidmət mərkəzi, bölgələrdə isə “Azərpoçt” MMC-nin poçt filiallarından əldə etmək mümkündür.

Bəs Siz gücləndirilmiş elektron imzaya keçid etmisinizmi? Bu sualı Dövlət Vergi Xidmətinin elektron sorğusunda cavablandırmağa dəvət edirik.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?