31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Larisa Kislyakova: “Azərbaycanda tranzit yükdaşımalar sahəsində gözəl şərait yaradılıb”

Azərbaycanın kifayət qədər yüksək iqtisadi potensialı var.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri, Tacikistan Peşəkar Məsləhətçilər İttifaqının İdarə Heyətinin sədri Larisa Kislyakova bildirib.

“Bu gün bizim nəqliyyat dəhlizi üzrə bütün tranzitimiz Azərbaycandan keçir. Yeni texnologiyalar və iqtisadi artım çox həvəsləndirici və ruhlandırıcıdır. Xüsusilə bu gün iqtisadiyyatda və tranzitdə tətbiq olunan rəqəmsallaşma məsələləri ilə bağlı fəxr edəcəyimiz çox şey var”, - ekspert qeyd etdi.

Onun sözlərinə görə, Xəzər dənizində bəzi dar boğazlar qalmaqdadır, lakin mütəxəssislər onları aradan qaldırmaq üçün çox çalışırlar. “Bunun nəticəsində növbələr yaranır, bərə qrafiksiz hərəkət edir. Bütün bunlar kiçik problemlər yaradır. Buna baxmayaraq, ümumilikdə tranzit açıqdır, sərhədlərdə növbə yoxdur. Azərbaycanın tranzitindən istifadə edən daşıyıcılarımız çox razıdırlar. Ona görə də Azərbaycan öz təcrübəsini ölkələrimizlə bölüşsə, çox yaxşı olardı, çünki biz Azərbaycandan çox geridəyik”, - L.Kislyakova bildirib.

Ekspert Azərbaycanda tranzit yükdaşımalar sahəsində gözəl şəraitin yaradıldığını vurğulayıb: “Ən əsası odur ki, bu cür şərait bizim ölkələrdə də yaradılsın, çünki Xəzər dənizinə çıxmaq üçün biz Özbəkistan və Qazaxıstandan keçməliyik”.

Tamilla MƏMMƏDOVA

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?