12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat vasitələrinin komponentlərinə dair dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ECE 39:2023 “Quraşdırılması daxil olmaqla spidometr (sürətölçən) və odometr (yürüşölçən) avadanlıqları ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS ECE 28:2023 “Mühərrikli nəqliyyat vasitələrinin səsli xəbərdarlıq cihazları və səs siqnalları ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 104:2023 “M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytarıcı markalanma materialının təsdiqinə dair vahid müddəalar” dövlət standartları qəbul edilib.

İnstitutdan verilən məlumata görə, standartlar avtonəqliyyat vasitələrinə və onların qoşqularına, habelə bu cür nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sistemlərə, komponentlərə və ayrı-ayrı texniki qurğulara, onların ümumi təhlükəsizliyinə və nəqliyyat vasitəsinin sərnişinlərinin və həssas yol iştirakçılarının mühafizəsinə dair tələbləri müəyyən etmək məqsədinə uyğun olaraq AZS 865-2016 “Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS 866-2016 “Səsli xəbərdarlıq cihazlarının və onların səs siqnalları ilə bağlı motorlu nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS 868-2016 “M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıq qaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.

Standart layihələri “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?