7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Murovdağ tunelində 14 kilometr qazma işləri tamamlanıb VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər üzrə 56 kilometr, Kəlbəcər-İstisu üzrə 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 13-cü kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 metrdən Murovdağ zirvəsinədək 3 260 metrə qədər artır.

Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561.2 metr, 626.9 metr, 500 metr və 947.9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 713.1 metr, sağ hissəsi isə 11 691.9 metr (ümumi uzunluğu 23 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 7060 metr qazma və püskürtmə işləri, 4 160 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 7025 metr qazma və püskürtmə işləri, 1722 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa, Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

561.2 metr uzunluğunda olan Tunel №1-də, 626.9 metr uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №5-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etməkdədir.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 kilometr, III dərəcəli yolun ümumi uzunluğu isə 33 kilometr təşkil edir.

Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolunun tikintisi də icra olunmaqdadir.

Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Ümumi qazma işləri 66 faiz, dolğu işləri isə 69 faiz tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.

Layihə çərçivəsində 159 dairəvi borunun, 110 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 19 U tipli və düzbucaqlı suötürücü qurğunun, 2598 metr trapez kanalın, 64 534 m2 Geoerme divarın, 8183 m istinad divarının, 37783 metr daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.

Sadalanan işlər üzrə artıq 67 dairəvi, 57 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 15 U tipli və düzbucaqlı suötürücü qurğunun, 17517 metr daş divarın və 5 515 metr istinad divarının, 1057 metr trapez kanalın və 49 366 m² Geoerme divarının və 15 kilometr asfalt yol örtüyünün alt qatı (Binder layı) tikintisi yekunlaşıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 50.5 faiz təşkil edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?