31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib

Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-lərin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?