18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aşqabadda “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı tədbir keçirilib

Aşqabadda Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı tədbir təşkil olunub.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə konsert və sərgi keçirilib.

Çıxış edən Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin mütərəqqi siyasi kursu ortaq tarixə və mədəni dəyərlərə malik Azərbaycan və Türkmənistan arasında qarşılıqlı etimad və hörmətin formalaşmasında, eləcə də hərtərəfli tərəfdaşlıq əlaqələrinin yaranmasında əhəmiyyətli rol oynayıb. Ümummilli lider o cümlədən, Türkmənistanla çoxvektorlu əməkdaşlığın genişləndirilməsinə töhfə verib. Azərbaycanın Türkmənistandakı səfiri həmçinin bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Həmçinin, Azərbaycan-Türkmənistan münasibətlərinin uğurlu dinamik inkişafı vurğulanıb.

Tədbir Azərbaycanın və Türkmənistanın tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?