15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra görüşlər keçirib.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.

Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın Prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?