17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Buğda yığımında məhsuldarlıq ötən ilin göstəricisini üstələyib

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 247,3 milyon ABŞ dolları dəyərində 949,2 min tondan çox buğda idxal edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 25 faiz, həcmi isə 0,7 faiz azalıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 1,75 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 1,1 faiz bəndi azdır.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə, bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz və ya 97,7 min ton çoxdur. Hesabat dövründə buğda yığımında məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu, 2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 5,9 faiz və ya 1,9 sentner çoxdur.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri