Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 247,3 milyon ABŞ dolları dəyərində 949,2 min tondan çox buğda idxal edilib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 25 faiz, həcmi isə 0,7 faiz azalıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 1,75 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 1,1 faiz bəndi azdır.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə, bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz və ya 97,7 min ton çoxdur. Hesabat dövründə buğda yığımında məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu, 2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 5,9 faiz və ya 1,9 sentner çoxdur.