11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkmənistanla ticarət dövriyyəsində artım qeydə alınıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 88,3 faiz və ya 333,1 milyon ABŞ dolları artaraq 710,3 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Türkmənistana 72,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 4,6 dəfə və ya 57 milyon dollar çoxdur.

Türkmənistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 76,3 faiz və ya və ya 276,1 milyon dollar artaraq 637,79 milyon dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkmənistanla ticarətin payı 1,63 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,82 faiz bəndi üstələyir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?