7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əczaçılıq məhsullarının istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 17,2 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 45,8 faiz və ya 5,4 milyon manat üstələyir.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 1 039,2 milyon manat xərclənib ki, bu fa ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,1 faiz və ya 136,7 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin ilk 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsullarının alınmasına sərf olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin yanvar-oktyabr aylarında ölkəyə 482,25 milyon ABŞ dolları dəyərində 23,19 min tondan çox əczaçılıq məhsulları idxal edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 11,2 faiz az, həcm baxımından isə 2,1 faiz çoxdur.

2023-cü ilin ilk 10 ayı ərzində əczaçılıq məhsullarının ümumi idxalda xüsusi çəkisi 3,4 faizə bərabər olub.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?