Azərbaycan-Macarıstan iqtisadi əlaqələri müsbət dinamikaya malikdir
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğuladıq, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd etdik.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.