23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dolları üstələyib

Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dolları üstələyib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 20 faiz və ya 575,27 milyon ABŞ dolları artaraq 3,44 milyard dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Rusiyaya 961 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 33,6 faiz və ya 241,9 milyon dollar çoxdur.

Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,5 faiz və ya 333,3 milyon dollar artaraq 2,48 milyard dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 7,91 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,72 faiz bəndi çoxdur.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması