17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin sonunadək ölkəyə dörd yeni sərnişin qatarı gətiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən, dörd yeni sərnişin qatarı bu ilin sonunadək ölkəyə çatdırılacaq.

QSC-dən verilən məlumata görə, “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə gətiriləcək qatarların test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.
Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.

Qeyd edək ki, “Stadler Rail Group”dan sifariş edilən daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?