1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın regionda ticarət prosedurlarının asanlaşdırılması üzrə reytinqi 87,1 faizə yüksəlib

Son illərdə Azərbaycanın gömrük sistemində həyata keçirilən islahatlar və tətbiq edilən yeniliklər – “Yaşıl Dəhliz” buraxılış sisteminin, “Bir pəncərə” platformasının, kağızsız gömrük rəsmiləşdirilməsini təmin edən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, habelə poçt və ekspress daşımaları üçün yaradılan “Smart Customs” mobil proqram təminatının tətbiqi hesabına Azərbaycanda xarici ticarət əməliyyatlarının gömrük rəsmiləşdirilməsi xeyli asanlaşıb.

Bunu Bakıda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov bildirib.

Gömrük sahəsində yaranmış yeni çağırışların effektiv həlli üzrə “Gömrük inkişaf modeli”nin ötən ildən uğurla tətbiq olunduğunu söyləyən N.Şirinov diqqətə çatdırıb ki, burada xarici ticarət iştirakçıları üçün Elektron Hesab Səhifəsi, gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi, Məcburi Qərarlar Sisteminin tətbiqi, ekspertiza rəyləri üçün vahid bazanın yaradılması, sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sisteminin istifadəsi, “AVRO-4” sertifikatının elektron formada verilməsi və digər dövlət qurumlarını da əhatə edən Vahid İdxal-İxrac Pəncərəsinin təkmilləşdirilməsi məsələləri əsas prioritet istiqamətlərdir. Bunların nəticəsində, BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda Azərbaycanın regionda lider olaraq ticarət prosedurlarının asanlaşdırılması üzrə reytinqi 87,1 faizə, "Kağızsız ticarət" və "Institusional mexanizmlər və əməkdaşlıq" kateqoriyalarında isə daha yüksək – 88,9 faizə yüksəlib.

N.Şirinov qeyd edib ki, tranzit potensialının artırılması üzrə atılan ən önəmli addımlardan biri bir il öncə Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin imzalanmasıdır. O vurğulayıb ki, dəhliz üzərindən təchizat zəncirinin axımını asanlaşdıran gömrük prosedurlarının tətbiqi, eyni zamanda, qaçaqmalçılığın və narkotik vasitələrin tranzit daşınmasının qarşısının alınmasını önləyən tədbirləri zəruri edir və bu məqsədlə dəhliz ölkələrinin gömrük xidmətlərinin beynəlxalq əməkdaşlığı böyük əhəmiyyət daşıyır. “Bu baxımdan, gömrük orqanlarının dəhliz boyu ticarətin genişləndirilməsinə ən böyük töhfəsi tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyat portalının yaradılmasıdır”, - deyə o əlavə edib.

AZƏRTAC

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ